Daşkəsəndə 5 nəfərin ölümünə səbəb olan yanğınla bağlı cinayət işi açılıb

 

Daşkəsən rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Report"un Qərb bürosuna Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, noyabrın 14-də gecə saatlarında rayonun Quşçu kəndində 5 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və daha çox adam öldürmə) və 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Xatırladaq ki, Quşçu kənd sakini, 1977-ci il təvəllüdlü Pənah Cəmil oğlu Tağıyeva məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində baş vermiş yanğın zamanı ev sahibinin gəlini, 1990-cı il təvəllüdlü Sevinc Şahin qızı Tağıyeva onun övladları, 8 yaşlı Aysun, 6 yaşlı Sakit və 1 yaşlı Sadiq həmçinin ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Qoşqar qızı Ədilxanovayanaraq ölüblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300