"Millətlər Liqası dərhal ləğv olunmalıdır" - Berti Foqts

 

"UEFA Millətlər Liqası dərhal ləğv olunmalıdır. Bu turnirin oyunlarına hazırlıq zamanı baş məşqçilər müəyyən sınaqlar edir. Bunun üçün vaxt sərf olunur. Almaniya yığmasının baş məşqçisi Yoahim Löv da hazırda bunun üçün çalışır".

Qol.az-ın xəbərinə görə, bu sözlər millimizin sabiq baş məşqçisi Berti Foqtsa məxsusdur.

Almaniyalı mütəxəssis t-online.de saytındakı köşə yazısında UEFA Millətlər Liqasının əhəmiyyətsiz turnir olduğunu qeyd edib:

Almaniya millisi A qrupunda 3 oyundan sonra 1 xalla 3 komandalı qrupun sonuncusudur. Bundestimin qrup sonuncusu kimi B liqasına düşmək ehtimalı var. Berti Foqts isə sabiq komandasının aşağı liqada oynamasının daha müsbət nəticə verə biləcəyini bildirib: "Bu, üstünlük ola bilər. Çünki növbəti Millətlər Liqasında zəif komandalara qarşı oynayacaq və 2022-ci il dünya çempionatına daha az təzyiq altında hazırlaşacağıq".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300