Rəsmi qurum ekoloqun sərt qış proqnozunu təsdiq etmədi

 

Nazirlik: "Hələ məlum deyil ki, qış aylarında temperatur necə olacaq”

Azərbaycanda bu il qışın çox sərt keçəcəyi ilə bağlı şərhlər verilir. Belə ki, ekoloq Telman Zeynalov oxu.az saytına bildirib ki, artıq indidən müvafiq qurumlar Azərbaycanda sərt qışa hazırlaşmalıdırlar.

Onun sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək:

"Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni kiçik buz dövrünün başlanmasına səbəb ola bilər. Bəşəriyyət XVII əsrdə belə qışla üzləşib”, - deyə ekoloq qeyd edib.

Telman Zeynalov qeyd edib ki, son illər Günəş ləkələrinin sayında azalma müşahidə olunur (Günəş ləkələri maqnit enerjisi ehtiyatlarını xarakterizə edir, daha dəqiq desək, Günəş ləkələri Günəşdəki partlayışların enerjiyə çevrilməsi nəticəsində yaranmış ehtiyatlardır).

"Günəş tacının qütblərində tüğyan edən qasırğalar zəifləyir, Günəşdəki reaktiv axıntılar yoxa çıxır. Bu, onu göstərir ki, Günəşin daha az aktivlik dövrü başlayır. Bütün bunlar bu qışdan etibarən özünü göstərməyə başlayacaq”, - deyə ekspert bildirib.

Proqnozlar Bürosu ile ilgili görsel sonucu

Ekoloq Azərbaycan paytaxtında gözlənilən qış barəsində belə proqnoz verib:

"110 illik meteoroloji müşahidələr onu göstərir ki, Bakıda qışda ən aşağı temperatur 1969-cu ildə qeydə alınıb ki, həmin vaxt mənfi 10 dərəcə şaxta olub. Düzdür, 2012-ci ildə Bakıda 11 dərəcə şaxta olması barədə məlumatlar var, lakin rəsmi versiyaya görə, rekord göstərici 1969-cu ilə aiddir. Bu il isə 8-9 dərəcə şaxta gözlənilir. 2020-ci ildə Bakıda soyuq temperatur üzrə yeni rekord qeydə alınacaq”, - deyə ekoloq vurğulayıb.

Məsələ ilə bağlı daha dəqiq məlumat almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu ilə əlaqə saxladıq. Bürodan "Yeni Müsavat” bildirildi ki, indidən qışın necə keçəcəyini söyləmək mümkün deyil:

"İndidən qışın sərt keçəcəyini söyləmək qeyri-ciddilik olar. Çünki hələ məlum deyil ki, qış aylarında temperatur necə olacaq. Telman Zeynalov ötən il də qışın sərt keçəcəyini bildirmişdi. Lakin bu, baş vermədi. Dekabr ayı üçün noyabr ayının 3-cü ongünlüyündə məlumat olacaq. Yəni 20-dən sonra biz nə isə deyə bilərik ki, dekabr ayı necə keçəcək. Nə isə proses gözlənilən zaman biz şərhlərimizi deyirik. Məsələn, noyabrın 19-dan sonra havada müəyyən dəyişiklik gözlənilir. Temperatur bir qədər aşağı enəcək, yağıntılar olacaq. Hər proseslər tərəfimizdən 2-3 gün öncədən şərh edilir. Noyabr ayının proqnozu belədir ki, bu ayda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur.

Noyabr ayının birinci ongünlüyünün birinci yarısında hava şəraitinin nisbətən mülayim keçəcəyi qeyd edilmişdi.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 8-13, gündüzlər 15-20, üçüncü ongünlüyün bəzi günlərində 8-11 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm) olacağı gözlənilir.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300