Tbilisidə yaşayış binasında baş verən partlayışda azərbaycanlı ailənin üzvləri xəsarət alıb

 

Tbilisinin Zemo Poniçala qəsəbəsində bu gün səhər saatlarında doqquzmərtəbəli binada qaz sızması nəticəsində baş verən partlayışda azərbaycanlılar xəsarət alıblar.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, xəsarət alan 3 nəfərin Məmmədovlar ailəsinin üzvləri olduğu məlum olub.

Onlar 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsidir.

Xəsarət alan gəncin qaynatası Namaz İbrahimov onların yerləşdirildiyi Yanıq Mərkəzinə baş çəkib. O, jurnalistlərə açıqlamasında insident barədə məlumatlı olmadığını bildirib: "Bizə klinikadan zəng vurdular. Uşağın anası Azərbaycandadır, ona qəza barədə məlumat vermişəm”.

Məmmədovlar ailəsinin üzvləri Yanıq Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzin rəhbəri Guqi Kaşibadze bildirib ki, onlar ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıblar.

Qeyd edək ki, Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Yanıq Mərkəzinə baş çəkib və partlayışda xəsarət alanların vəziyyəti ilə tanış olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300