Vigen Sarkisyan: " Qarabağ məsələsində güzəştə getməyəcəyik”

 

Ermənistanda 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Respublikaçılıar Partiyasının hər zaman barışmaz mövqe sərgiləyəcəyi həyati əhəmiyyətli məsələlər var.

Virtualal.org yerli KİV-ə istinadən bildirir ki, bunu Respublikaçılar Partiyasının sədr müavini, Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan "Facebook” səhifəsində yazıb.

"Biz konstruktiv müxalifət qismində hər zaman dialoqa açıq olacağıq. Amma elə məsələlər var ki, onlarla bağlı biz güzəştə getməyəcəyik. Bu, ilk növbədə Qarabağ probleminə aiddir. Bu məsələdə problem təkcə xalqların öz müqəddəratını təyin etməsi ilə məhdudlaşmır. Bu, bizim ölkəmiz üçün ən vacib təhlükəsizlik məsələsidir. Münaqişənin qismən həlli ola bilməz. Birtərəfli kompromis də ola bilməz. Müharibə ilə rüsvayçılıq arasında seçim etməli olsaq, biz heç vaxt rüsvayçılığı seçməyəcəyik, çünki əks təqdirdə hər ikisini almış olacağıq” – Sarkisyan vurğulayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300