Siqaretin qiyməti artacaq...çəkənlər azalacaqmı?

Statistika bir şey deyir, ekspertlər başqa şey...

2019-cu ildə Azərbaycanda siqaret və spirtli içkilərin qiyməti qalxacaq. Belə ki, büdcə sənədlərində 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlərin kəskin şəkildə artacağı görünür.

Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın çoxalması bahalaşma barədə danışmağa əsas verir. Gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manatın daxil olması proqnozlaşdırılır. 2018-ci il üçün həmin məbləğ 104 mln. manat idi. Yerli istehsala aksizlər üzrə daxilolmalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata qədər artım proqnozlaşdırılır. Bu isə siqaret istifadəçilərinin sayında bir azalma ilə müşayiət oluna bilər. Çünki gündəlik istifadə edilən siqaretin qiymət artımı insanların birbaşa maddi durumuna təsir edəcək ki, çıxış yolu kimi də ondan qurtulmaq seçiləcək. Seçiləcəkmi? Mümkündürmü?

Bahalaşma ciddi imtahandır, siqareti atmaq üçün

Psixoloq Səfa Mehdiyeva "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, siqaret asılılığı narkotik asılılığı ilə müqayisə olunmasa da, yetərincə ciddi fəsadlar yarada bilir. Bəzən siqaretdən ayrı düşmək zorunda qalan insanlar ciddi əsəb pozğunluğu keçirir, davranışlarında aqressiv tövrlər artır. Müsahibimiz hesab edir ki, siqareti atmaq istəyənlər bəzən fərqli-fərqli üsullar tətbiq edirlər. Bunların arasında saqqız çeynəmək, əldə yandırılmamış siqaret tutmaq, çərəz yemək də yer alır: "Amma bəzi hallarda bu, qatı siqaret istifadəçiləri üçün keçərli olmur. Onlar terapiyaya gedir, elektron siqaretdən istifadə edirlər. Bu mənada siqaretin qiymətinin artması asılılığa hansısa formada təsir edə bilər. Çünki insanları çox vaxt maddi durum hansısa asılılıqdan qurtara bilir. Əgər şəxs qatı siqaret istifadəçisi deyilsə, daxili təlqinlə ”bu zövq üçün pulum yoxdur" deyərək, ondan əl çəkə bilər".

Ä°lgili resim

 

Kimin payına daha çox siqaret düşür?

"Yeni Müsavat” xatırladır ki, Çin dünyanın ən çox siqaret çəkən xalqıdır. Bu ölkədə adambaşına ildə 4124 siqaret çəkilir. Bu, günə 11-12 siqaret deməkdir. Dünya Səhiyyə Təşkilatının 31 may Tütünə qarşı mübarizə gününə həsr edilmiş və "The İndependent” qəzetində dərc olunmuş interaktiv xəritəsindən Azərbaycan haqqında da məlumat almaq olar və bu məlumat kifayət qədər kədərlidir.

BBC-nin xəbərinə görə, Azərbaycanda adambaşına bir ildə çəkilən siqaretlərin sayı 2114, 33-dür. Günə 6-7 siqaret düşür. Adambaşına çəkilən siqaretlərin sayına görə Azərbaycan 13-cü yerdədir. Azərbaycandan əvvəlki pilləni Qazaxıstan tutur. Bu ölkədə bir adam bir ildə 2156 siqaret çəkir.

Siqaret ile ilgili görsel sonucu

 

Amma digər Mərkəzi Asiya respublikalarında siqaret əhəmiyyətli dərəcədə az çəkilir. Türkmənistan ildə adambaşına 895 siqaretlə 69-cu yeri tutur. Özbəkistan 565 siqaretlə 92-ci, Tacikistan 533 siqaretlə 97-ci yerdədir.

Azərbaycan həm də bütün Cənubi Qafqazda ən çox siqaret çəkən ölkə sayılır. Qonşu Gürcüstanda bir ildə adambaşına düşən siqaretlərin sayı 1378, Ermənistanda isə 1545-dir. Bu, indeks cədvəlində müvafiq olaraq 39-cu və 30-cu yerlərə uyğundur.

Türkiyədə (29) bir ildə hər adama 1581 siqaret düşür. İranda (71-ci yer) bu rəqəm 853-dür.

Ölkə nə qədər kasıbdırsa, orada siqaret çəkənlər...

Və mövzumuzla bağlı maraqlı bir araşdırma. Sosial araşdırmalar göstərir ki, siqareti çox çəkən ölkələrdə əhalinin sosial durumu xüsusi əhəmiyyət daşıyır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində bu faizin aşağı olması deyiləni təsdiqləyir. Əgər ötən əsrin 60-cı illərində ABŞ-da siqaret çəkənlərin sayı ölkə əhalisinin 52 faizini təşkil edirdisə, 2010-cu ildə bu göstərici 21 faizə enib. Eyni zamanda Yaponiyada, digər inkişaf etmiş ölkələrdə də 60-cı illərlə müqayisədə 2010-cu ildə və sonrakı illərdə siaqret çəkənlərin faizində əhəmiyyətli azalma müşahidə olunub.

Siqaret ile ilgili görsel sonucu

 

Aparılan sorğu nəticəsində dünyanın ən çox siqaret çəkən kişilərinin hansı ölkədə yaşadığı müəyyənləşib. "Huffington Post”un verdiyi xəbərə görə, siyahıda indoneziyalı kişilər birinci yerdə qərarlaşıb. Sorğu nəticəsində məlum olub ki, İndoneziyada 15 yaşından yuxarı kişilərin 67%-i siqaret çəkir.

İkinci yerdə isə 35%-lə rus kişiləri gəlir. Keçən il həyata keçirilən sorğuda 8 mindən çox adam iştirak edib.

Qeyd edək ki, İndoneziyada hər il 200 min adam siqaretlə bağlı xəstəliklərə görə dünyasını dəyişir.

Yoxsulluğun yüksək həddə olduğu ölkələrdə siqaret çəkmə nisbəti getdikcə artdığı halda, inkişaf etmiş ölkələrdə bu say azalır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam siqaret çəkmək nəticəsində ölür. Tütünün tərkibində 4000-ə yaxın kimyəvi maddə vardır. Bunların yüzdən çoxu toksiki maddələrdir. Bu maddələr insanın immun sisteminə və bütün daxili orqanlara təsir edir. Tütünün izlərinə siqaret çəkən ananın südündə belə rast gəlinir.

Tütünün tüstüsü 10 saniyə ərzində insan beyninə çatır. Tüstüdəki karbon 2 oksid qandakı hemoqlobinlə birləşərək oksigenin orqanlara getməsinin qarşısını alır. Ağciyər xərçəngi dil, boğaz, mədə, böyrək, xroniki bronxit, ürəyin işemik xəstəliyi, qan damarlarının daralması, insult və infarkta səbəb olur.

Siqaret ile ilgili görsel sonucu

 

Amerika Xərçəng Cəmiyyətinin bildirdiyinə görə, ABŞ-da insanların ağciyər xərçənginə tutulmasının 87 faizi siqaretdəndir. Ekspertlər söyləyirlər ki, təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk altındadır. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar. O, alkoqol və kokain qədər güclü təsirə malikdir. Siqaret çəkənlərin çoxu onun təsirlərindən xəbərdar olsalar da, bu zərərli vərdişdən ayrıla bilmirlər.

Siqaret ile ilgili görsel sonucu

Daha 13-14 il yaşamaq öz əlinizdədir...

Siqaret çəkən şəxs çəkməyənlə müqayisədə 13-14 il az yaşayır. 1 siqaret insanın ömrünü 5 dəqiqə 30 saniyə azaldır. Bu gün siqaret xərçəng xəstəliyinin yayılma səbəbinin kökündə durur. Siqaret tüstüsünün verdiyi zərəri atom bombasının ətrafa saçdığı zəhərlə müqayisə edirlər. Siqaretin zərərləri haqda çox danışılıb. Ümumilikdə siqaret bütün orqanizmin fəaliyyətinə çox pis təsir göstərir, həzm sistemini pozur, tənəffüs orqanlarında müxtəlif xəstəliklər yaradır. Ağciyər və qırtlaq xərçənginin yaranma səbəbinin 90%-i siqaretlə bağlıdır. Qan dövranı sistemini pozur. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə infarkt və infarktdan ölüm halları 10 dəfədən çox müşahidə edilir. Bundan əlavə, siqaret çəkənlərdə yaddaş zəifləyir, buna səbəb damarlarda kirəclənmənin olmasıdır. Əhval-ruhiyyə pozulur, dəridə qırışlar yaranır və s. Bildiyimiz kimi, orqanizmdə bütün proseslər zəncirvari şəkildə bir-biri ilə əlaqədardır. Bunlardan birinin zədələnməsi digərlərinə də avtomatik şəkildə təsir edir.

Sevinc TELMANQIZI, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300