Ağ Evdə saray intriqaları: Melaniya Tramp Con Kellini qovdurmaq istəyir

Ağ Ev aparatının rəhbəri Con Kelli öz postunu tərk edə bilər.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun Donald Trampın xanımı Melaniya Trampla girdiyi münaqişədir.

"İndependent” qəzetinin məlumatına görə, Melaniya Tramp Con Kellini dəfələrlə onun xahişlərini yerinə yetirmədiyi barədə ərinə, prezident Donald Trampa şikayət edib. Melaniya Tramp Con Kellidən onun köməkçilərini vəzifəcə qaldırmasını istəyibmiş. Ağ Ev aparatnın rəhbəri isə birinci xanımın istəyini geri çevirməklə qalmayıb, üstəlik, həmin postlara istisnasız olaraq öz adamlarını yerləşdirib.

Hətta Donald Tramp belə Kellidən xanımının istəklərini yerinə yetirməyi tələb edib.

Bundan daha öncə ABŞ mətbuatı Melaniya Trampla münaqişə ucbatından milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun müavini Mira Rikardelin istefa verəcəyini bildirmişdi.

 

Birinci xanımın mətbuat katibi Stefani Qrişam açıq şəkildə "tutduğu vəzifəyə layiq olmayan Rikardelin qovulmalı olduğunu” hər kəsi önündə bəyan etmişdi.

Картинки по запросу melania trump mira rikardel

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300