Oqtay Əsədov: "Günün birinci yarısında iclasa gələnlərin 30 faizi günün ikinci yarısında iclaslara qatılmır”

 

"Milli Məclisin İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların təklifinə baxılıb. Komissiyanın tərkibinin 9-dan 11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması, yetərsay üçün 7 nəfərin iştirakı məqbul hesab edilib”.

Bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı məlumat söylədi. Komitə rəhbəri deputatların iclaslarda ancaq Azərbaycan dilində çıxış etməsi təklifinə də toxunub: "Bu məsələ Konstitusiyamızda öz əksini tapıb. Yəni, başqa dillərdə danışmaq məsələsi orada istisna olunmur. Yəni, bu təklif məqbul sayılmayıb”.

Deputat Fazil Mustafa İntizam Komissiyasının deputatlara təlimlər keçirməsini nəzərdə tutan maddəyə etiraz etdi: "İntizam Komissiyası nə təlim keçəcək deputata? Allaha şükür, hamısı savadlı, intellektli insanlardır”.

F.Mustafa günün ikinci yarısında iclaslara qatıla bilməyənlərlə bağlı cəzalandırmadan danışarkən sədr reaksiya verdi.

Spiker Oqtay Əsədov dedi ki, o, sədarətdə oturur və bütün zalı yaxşı görür: "Günün birinci yarısında iclasa gələnlərin 30 faizi günün ikinci yarısında iclaslara qatılmır. Adamlar var, bəzən görürsən aylardır yoxdurlar. Bir dəfə xəbərdarlıq edirsən, iki dəfə xəbərdarlıq edirsən, xeyri yoxdur”.

E.Paşasoy, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300