Bilgəhdə qovğa - Hacı Qalib dövlət məmurlarına hücum çəkdi

 

Şikayətçi: "Açıq deyir ki, bura mənlikdir, mən istəsəm qapını açaram, istəməsəm açmaram...”

Sabiq deputat Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsində 35 vətəndaşın yolunu kəsməsi barədə məlumat vermişdik. Azərbaycanın Baş Prokurorluğu, Bakı Şəhər İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti həmin yolun açılması üçün hərəkətə keçiblər. Yolun açılması üçün dövlət qurumlarına verilən vaxt bu gün - noyabrın 15-də bitir.

Bu qalmaqallı olayla bağlı aylardır ki, istintaq gedir. Ötən gün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsinin qrupu Bilgəhə yollanıb. Məqsəd ərazidə istintaq hərəkətləri aparmaq olub. Lakin Hacı Qalib Salahzadənin müdaxiləsi istintaqçıların işlərini sona çatdırmağa imkan verməyib. Bu haqda "Yeni Müsavat”a iş üzrə zərərçəkən statusunda olan Azərbaycan vətəndaşı Seymur Quliyev məlumat verib.

"Bilgəhə, bizim bağ evinin yaxınlığında Hacı Qalibin quraşdıraraq yolu bağladığı darvazanın qarşısına getdik. İqtintaq qrupunun rəhbəri Anar Dəmirçiyev, Şamxal adlı əməkdaş əlində kamera ilə çəkirdi. Mən zərərçəkən kimi öz mülkiyyətimə, qapımın qarşısına gəlmişdim. Dövlət Reyestr Xidmətindən 2 əməkdaş dəvət olunmuşdu. İstintaq hərəkəti aparıb bir daha əlimdə olan kupçaya əsasən yolu bağlı ərazinin mənə məxsusluğunu sənədləşdirib cinayət işinə əlavə edəcəkdilər. Yolun bağlanması məsələsi araşdırıldı. Dövlət Reyestr Xidmətindən dəvət olunan əməkdaşlar bunun üçün xüsusi ”GPS" cihazı da özləri ilə götürmüşdülər. İstintaq qrupunun rəhbəri mənim və qonşum Nurid Əliyevin evinə gedən yolla bağlı istintaq hərəkətlərinə başladı. Yanındakı əməkdaş videoçəkiliş aparmağa başladı. Dəmirçiyev dedi ki, biz çəkiliş aparacağıq, bundan sonra zəng edəcəyəm, adamlar gəlib qapını açacaqlar. Həmin dəqiqələrdə əraziyə ağ rəngli "cip” gəldi, maşından Hacı Qalib düşüb yanımıza gəldi. Söyüş söyürdü, əraziyə niyə gəldiyimizi soruşurdu.

Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsində 35 vətəndaà ŸÄ±n ile ilgili görsel sonucu

 

Əmlak Komitəsinin işçilərinə qarşı kobudluq edirdi. Komitə əməkdaşlarından birinin əlində olan istintaqın dəvət məktubunu da əllərindən aldı. Anar Dəmirçiyev onu sakitliyə dəvət etdi, məktubu geri qaytarmasını tələb elədi. Anar Dəmirçiyevin israrından sonra Hacı Qalib məktubu qaytarmaq məcburiyyətində qaldı. İstintaq qrupunun rəhbəri Hacı Qalibdən tələb etdi ki, ərazidən uzaqlaşsın, istintaq hərəkətlərinə mane olmasın. Hacı Qalib də dedi ki, bəs bura mənimdir. Anar Dəmirçiyev də sənədlə ərazinin mənə məxsus olduğunu dedi, bildirdi ki, mülkiyyətçi Seymur Quliyevdir. Hacı Qalibə sual etdi ki, sizin hansı sənədləriniz var. O dedi ki, ərazi ailəmə məxsusdur, Xatirə Salahzadənin adınadır. Hacı Qalibdən sənəd istədi. Bu dəfə də dedi ki, ərazi oğlum Əlabbasındır. Yenə də sənəd təqdim edə bilmədi. Başladı deməyə ki, bura mənlikdir. Hacı Qalib hərəkətləri ilə Azərbaycanın Konstitusiyasını tanımadığını, Azərbaycan qanunlarına tabe olmadığını bir daha sübut etdi. Ona izah olundu ki, istintaq hərəkətlərinin aparılmasına mane olur. Ona hakimiyyət nümayəndələrinin işinə müdaxilə olunduğu izah edildi. Hacı Qalıb sona qədər imkan vermədi ki, evimə gedən qapı açılsın, istintaq hərəkətləri aparılsın".

Seymur Quliyev deyir ki, Hacı Qalib onun 2 evinin sökülməsini, əraziyə iri darvaza qoyub öz mülkiyyətinə buraxmamasını inkar etmir:"Açıq deyir ki, bura mənlikdir, mən istəsəm qapını açaram, istəsəm açmaram. Mən sizi bura buraxmıram. Anar Dəmirçiyev ona dedi ki, dövlətin yolunu qanunsuz olaraq bağlayıb. Hacı Qalib də dedi ki, istəyərəm qapını açaram, istəmərəm açmaram. O, sona qədər istintaq hərəkətlərinə mane oldu, imkan vermədi ki, ərazidə Dövlət Reyestr Xidmətinin əməkdaşları işlərini görsünlər. Onlara hucum edib əllərindən ”GPS" cihazı almağa çalışdı".

Seymur Quliyev məsələ ilə bağlı istintaqın növbəti addımlar atacağını gözlədiyini də bildirdi.

E.HÜSEYNOV, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300