Bu universitetlər Neftçalaya köçürülsün – Ekspertdən maraqlı TƏKLİF

 

Ekspert Bakıda yerləşən ali məktəblərin regionlara köçürülməsini təklif edir.

"Neft və sənaye ilə bağlı universitetlər Neftçalaya, həkim yetişdirən universitetlər isə Qəbələyə köçürülsün”.

Bunu A24.az-a açıqlamasında Bakıda yerləşən ali təhsil müəssisələrinin rayonlara köçürülməsinin zəruriliyini vurğulayan təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Bakı şəhərində yerləşən universitetlərin rayonlar üzrə paylanmağının zamanı artıq gəlib çatıb: "Təklif edirəm ki, neft və sənaye ilə bağlı olan təhsil müəssisələri Neftçalaya köçürülsün. Çünki istehsalatla bağlıdır. Tibblə bağlı olan universitetlər Qəbələyə köçürülsün. Çünki infrastruktur və təbiəti nəzərə alsaq, rayonun əlverişli olduğunu görə bilərik. Əgər belə olarsa, artıq nəzəriyyə dərsləri birbaşa praktiki olaraq tədris oluna bilər. Tələbə neft ixtisası üzrə təhsil alır, amma neft buruğu belə görmür. Yalnız onun şəkillərini görür. Misal üçün, mühəndisliklə bağlı olan ali məktəblərin Sumqayıta köçürülməsi daha zəruridir. Çünki mühəndislik sahəsi üzrə bütün müəssisələr Sumqayıtda yerləşir”.

"Bədən tərbiyə dərsini keçən ali məktəbin idman zalı yoxdur”

Ekspert hesab edir ki, universitetlərin rayonlara köçürülməsi regionların sosial-iqtisadi inkişafına da müsbət təsirlər göstərəcək: "Kirayə evlər, əlavə iş yerləri, iqtisadiyyat istər-istəməz artacaq. Ona görə də regionların inkişafını düşünürüksə, konkret olaraq hər rayonda bir dövlət universiteti fəaliyyətə başlamalıdır. Bakıda elə universitetlər var ki, bədən tərbiyəsi fənni tədris olunur, amma idman zalları, stadionları yoxdur. Bu, artıq universitet deyil və bununla dünyanın ali məktəblərinin reytinq cədvəlinə heç bir zaman düşə bilmərik”.

"Şəhər bu qədər insan kütləsini qəbul etmək potensialına malik deyil”

K.Əsədovun sözlərinə görə, Bakıda əhalinin sayı hədsiz dərəcədə çoxdur. Ölkədə mövcud olan ali təhsil müəssisələrinin böyük əksəriyyəti Bakı şəhərində yerləşir: "Bu universitetlərin də çoxu şəhərin mərkəzində, yəni tıxacların yarandığı ərazilərdədir. Mövcud olan bütün ali məktəblərin yerləşdiyi küçə və prospekt, eyni zamanda həmin ərazi hər zaman tıxacla müşahidə olunub. Ona görə də bu universitetlər Bakı şəhərində nəqliyyatın hərəkətində sıxlığı yaradan əsas səbəblərdən birincisidir. Çünki şəhər bu qədər insan kütləsini qəbul etmək potensialına malik deyil. Bu, eyni zamanda universitetler üçün də keyfiyyətin aşağı düşməsi ilə nəticələnir. Ona görə də bizim universitetlərimiz dünyanın reytinq siyahısında yoxdur. Universitetin yanında yataqxanası, laboratoriyası olmalıdır. Bizdə şəhərin mərkəzində yerləşən universitetin yanında yer yoxdur axı. Bunun üçün də universitetlərin şəhər kənarına köçürülməsi zəruridir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300