Çexiyada dizel yanacağı benzindən bahadır

 

Çexiyada benzinin və dizel yanacağının arasında hələ ki, əhəmiyyətli qiymət fərqi yoxdur. Bu fərq cəmi 3 heller, yəni 1 krondan aşağı səviyyədədir. Bununla yanaşı, mütəxəssislərin proqnozlarına görə, bu tendensiya bütün qış ərzində saxlanılacaq.

"Finlord” şirkətinin analitiki Boris Tomçiakın fikrincə, bunun başlıca səbəbi soyuqların düşməsi ilə bağlıdır. Bu zaman istilik məqsədləri üçün mazuta tələbat artır ki, bu da dizel yanacağının istehlakını artırır.

AZƏRTAC xəbər verir ki, Çexiyada daha çox yayılan "Natural 95” benzininin orta statistik qiyməti hazırda 33,74 kron (1,3496 avro) təşkil edir. Dizel yanacağı isə 33,77 krona (1,3508 avro) başa gəlir.

"Dizel yanacağının benzinlə müqayisədə nə qədər baha qalacağı daha çox dünya bazarlarında neftin qiymətindən asılı olacaq. Qiymətlər arasındakı fərq 2 krona da çata bilər. Bu, az deyil”, - deyə "Cyrrus” şirkətinin mütəxəssisi Petr Pelts xəbərdarlıq edib

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300