Fransa prezidenti ümumi Avropa ordusunu yaratmağı təklif edib

 

Fransa prezidenti Emmanuel Makron ABŞ-dan asılı olmayan Ümumavropa ordusu yaratmağı təklif edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Emmanuel Makron bunu "Europe 1” radiostansiyasının efirində deyib. "Əsl ordu qurmasaq avropalıları qoruya bilməyəcəyik. Bizim Birləşmiş Ştatlar olmadan da özünü müdafiə edə bilən Avropamız olmalıdır”, - deyə o bildirib.

Fransa prezidenti hazırda virtual məkanda Avropanın daxili demokratik proseslərinə çox sayda müdaxilə cəhdlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa Çindən, Rusiyadan və hətta Birləşmiş Ştatlardan da müdafiə olunmalıdır.

Avropalı siyasətçilər mütəmadi olaraq Aİ-nin vahid ordusunun qurulması təklifi ilə çıxış edirlər. Bir qədər öncə büdcə məsələləri üzrə Avropa komissarı Hünter Ettinger "Avropada və xarici missiyalarda demokratiya, insan hüquqları və azadlıqdan məsul olan ordu” barədə arzularını dilə gətirmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300