Soyadların milliləşdirilməsini çətinləşdirən amillər

 

Proses uzun və məsrəflidir, amma səbəbini deyən yoxdur...

Son illər soyadlarını, soyad sonluqlarını dəyişdirmək istəyən vətəndaşların sayında artım var. Azərbaycan insanı üçün illərdir həllini tapmayan problem halına gəlmiş soyad sonluqları tez-tez ictimaiyyətin, medianın müzakirəsinə çıxır.

Sovet dönəmindən üzü bu yana "ov”, "yev” sonluqlu soyadlar ölkəmizdə populyar olsa da, ondan qurtulmaq istəyənlər üçün bəzi bürokratik əngəllər mövcuddur. Daha doğrusu, yeni doğulan uşaqların soyadlarının "lı”, "li”, "gil”, "bəyli”, "soy”, "zadə” sonluqları ilə qeydiyyata alınmasında heç bir problem yoxdur. Amma "Sovet sonluqlu” soyadların dəyişdiriməsi ciddi prosedurlar tələb edir.

Bu isə insanlar üçün psixoloji diskomfort yaradır. Elə təkcə səyahət zamanı qeyri-millətlərə özünü təqdim etmə mərhələsində bu problemin necə böyük masştabda özünü göstərməsini xatırlatmaq yetər. Təsəvvür edin ki, Türkiyəyə səyahətə, istirahətə getmisiz. Orada aeroportdakı qeydiyyat şöbəsindən tutmuş, hoteldəki resepsion şöbəsi əməkdaşına qədər hər kəsə niyə ruslar kimi "ov”, "yev” sonluqlu soyada sahib olduğunuzu izah etmək zorunda qalırsınız. Sonda isə "siz də bu soyaddan qurtulammadınız, kardeşim” iradını eşitmək öhdəmizə düşür.

à ŸÉ™xsiyyət vəsiqəsi ile ilgili görsel sonucu

 

Ekspertlər hesab edir ki, millətin soyadının dəyişdirilməsi onun manqurtlaşdırılması istiqaməntində ən ciddi addımdır. Nazirlər Kabinetinin 79 nömrəli 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci bəndinə görə, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən, onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. Həmin qaydaların 5.3-cü bəndinə əsasən, soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Vətəndaş soyadın sonluğuna dəyişiklik edilməsi barədə ərizə ilə yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə müraciət etməlidir. Əgər müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsindədirsə, onda həmin vətəndaşın soyadının sonluğuna dəyişiklik orada ediləcək və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə ona yeni şəhadətnamələr veriləcək. Əgər vətəndaşın müvafiq akt qeydləri müraciət etdiyi deyil, digər qeydiyyat şöbəsində olarsa, ərizə 3 gün müddətində oraya göndəriləcək. Sonuncu 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edəcək, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparacaq. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Vətəndaşa təqdim edilməsi üçün yeni şəhadətnamə 3 iş günü müddətində ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə göndəriləcək".

Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi yeni şəhadətnamənin daxil olması barədə vətəndaşa 3 iş günü müddətində məlumat verəcək. Bundan sonra həmin vətəndaş müraciət edərək yeni şəhadətnaməni oradan əldə edə bilər. Ümumilikdə bu prosedur 2-2 ay yarım davam edə bilər.

Soyad dəyişmək üçün şəxsiyyət vəsiqəsinin notariusla variantı, doğum haqda şəhadətnamə təqdim edilməlidir. Şəxsin nikahı varsa, nikah haqqında şəhadətnamə, azyaşlı övladları varsa, onların doğum şəhadətnaməsi, 2 ədəd 3x4 ölçüdə fotoşəkil tələb olunur. Dövlət rüsumu 10 manatdır. Soyadı dəyişərkən övladın doğum haqqında şəhadətnaməsinin istənilməsinin səbəbi burada valideynin soyadının dəyişilməsinin qeyd olunmasıdır. Soyad dəyişdikdə digər sənədlərin də dəyişilməsi vacibdir.

Verilən məlumata görə, şəxs istədiyi soyadı götürə bilər. Hətta belə bir ad, soyad onun nəslində yoxsa belə. Nikah istisna olmaqla, şəxsin yalnız bir dəfə soyadını dəyişdirməyə icazəsi var. Yalnız gülüş doğuran, o cümlədən Avropa mənşəli olan soyadları götürmək qadağandır. Yalnız bir halda əcnəbi soyad götürmək olar. Əgər şəxsin valideynlərindən biri əcnəbidirsə, bu zaman əcnəbi soyad qəbul etmək olar.

Bu arada soyad dəyişdirilməsi proseduru "ASAN Xidmət” yox, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. "ASAN Xidmət”in mətbuat xidmətindən bildirildi ki, əgər vətəndaş şəxsiyyət vəsiqəsindəki fotosundan və ya qan qrupunun düzgün yazılmamasından narazılıq edirsə, bu halda həmin detallar sözügedən xidmət tərəfindən həyata keçirilir. Amma soyad sonluqlarının dəyişdirilməsi məsələsi birbaşa Ədliyyə Nazirliyinin səlahiyyətindədir.

"Yeni Müsavat” soyad dəyişdirilməsi prosedurunun bu qədər uzun və məsrəfli olmasının səbəbləri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etsə də, suallarımıza cavab verən olmadı.

Sevinc TELMANQIZI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300