"Tahirə bunu dedizdirən səbəb var,televiziyalarımızın kişiliyi çatırsa...”

 

"Bu gün bunun konkret səbəbi nədir ki, Tahirə qarşı televiziyalarımız amansızdırlar, onu efirə buraxmırlar?”

 

Bunu Moderator.az-a açıqlamasında Şeyx Əbdül Mahmudbəyov aktyor Tahir İmanovu televiziyalarımızın "istedadsız” adlandırmasına münasibət bildirərkən deyib. Xalq artisti bilirib ki, məsələ sülh yoluyla həll edilməlidir:

 

"Tahirə bunu dedizdirən səbəb var. Onu çox yaxşı tanıyıram, böyük hörmətim var. Təəssüflər olsun ki, bildiyimə görə onu efirlərimizə buraxmırlar. Burda bir acı ağrı var və bu xəstəlik elə şeydir ki, gərək bunun birinci diaqnozun qoyasan, sonra müalicə edəsən. Tahir və Cabir İmanov da, o nəsil KVN-ni Heydər Əliyevdən bizə miras qalıb. Onların içində xalq artisti olanlar da var. Bu gün bunun konkret səbəbi nədir ki, Tahirə qarşı televiziyalarımız amansızdırlar, onu efirə buraxmırlar? Onu nədə suçlayırlar, günahı nədir? Tahir İmanov cəmiyyətdə və ictimaiyyətdə tanınan bir adamdır. İndi əlində hakimiyyət olan, arxalı-dayaqlı imkanlı telekanallar və onların rəhbərliyi bunu düzələn səmtə yönəltməkdənsə, bir az da münasibətləri korlayaraq qızışdırırlar.

 

Mən nə təklif edirəm? Bütün müharibələr onsuz da sülhlə qurtarıb. Necə ki, mənim Hacıbala Abutalıbovla "müharibəm” sülhlə qurtardı. (Gülür). Televiziyalarımız Tahir İmanovun bir kəlməsindən tutub onu "top”a tutmaqdansa, əksinə, kişilikləri çatırsa, hər iki kanal - Xəzər TV-də, ATV-də (ATV-ni biz qurmuşuq, amma indi orda hazırın naziri olanlar var, heç indi məni də o kanala dəvət etmirlər) bir veriliş təşkil edib bir neçə elm adamını dəvət edib, Tahir İmanovla birlikdə müzakirə edərək buna bir aydınlıq gətirsinlər. Burda bir barış olsun. Tahir də düşmən deyil. Bizim arxalı-dayaqlı dəhşətli düşmənlərimiz var, biz onlara qarşı birləşməliyik. Bu gün xalq tərəfindən sevilən, qəbul olunan adamları incitməli deyilik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300