Bərdədə 10 gün əvvəl körpə dünyaya gətirən qadın xəstəxanada ölüb

 

Bərdə rayonunda 10 gün əvvəl uşaq dünyaya gətirən qadın xəstəxanada ölüb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Belə ki,Tərtər rayonunun Borsunlu kənd sakini, 1990-cı il təvəllüdlü Xanım Elman qızı İsayeva oktyabrın 24-də xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. X.İsayevanın və dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşı olduğundan oktyabrın 29-da xəstəxanadan evə buraxılıb. Ötən gecə halı pisləşən 28 yaşlı qadın yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, müalicə aldığı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Xəstəxanadan "Report"un Qarabağ bürosuna bildirilib ki, qadının ölümü doğuşla bağlı deyil: "Xanım İsayeva və dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Yenidən xəstəxanaya müraciət edən qadının yıxılaraq ağır kəllə-beyin travması aldığı məlum olub".

Faktla bağlı araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300