Merkelin kürsüsünə kimlər layiq bilinir?

 

Almaniyanın "Bild am Sonntag” qəzeti ölkə vətəndaşlarının Xristian Demokrat İttifaqının sədri postunda kimi görmək istədiyini araşdırıb.

Liberal partiya olan Xristian Demokrat İttifaqının əsası 1945-ci ildə qoyulub. 2000-ci ildən Xristian Demokrat İttifaqına Angela Merkel sədrlik edir. 2005-ci ildən Almaniya kansleri olan Angela Merkel bu il oktyabrın 29-da Xristian Demokrat İttifaqının sədri postundan getmək istədiyini açıqlayıb. O, dekabr ayında keçiriləcək sədr seçkisinə qatılmayacağını, 2021-ci ilin parlament seçkisində namizədliyini verməyəcəyini, kansler postuna və başqa hansısa vəzifəyə iddia etməyəcəyini bildirib.

Novator.az xəbər verir ki, "Bild am Sonntag” qəzetinin oktyabrın 30-31-i 1008 nəfər arasında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 38%-i Xristian Demokrat İttifaqının sədri postunda parlamentdəki Xristian Demokrat və Xristian Sosial ittifaqları fraksiyasının sabiq rəhbəri Fridrix Mertsi görmək istəyir.

Sorğu iştirakçılarının 27%-i Angela Merkelin postuna Xristian Demokrat İttifaqının baş katibi Anneqret Kramp-Karrenbaueri, 13%-i isə səhiyyə naziri Yens Şpanı layiq bilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300