ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri bərpa olundu

 

ABŞ və Cənubi Koreya KXDR ilə dialoqun inkişaf etdirilməsi və nüvəsizləşdirmənin təşviqi məqsədi ilə son altı ayda dayandırdıqları birgə hərbi təlimlərin keçirilməsini bu gün bərpa ediblər. Bu barədə RİA "Novosti" xəbər verir.

Söhbət Cənubi Koreyanın Kyonsan Pukto əyalətinin sahillərindəki sularda iki həftə ərzində dabam edəcək KEYMEP (ROK-U.S. Korean Marine Exchange Program - KMEP) dəniz piyadaları təlimlərindən gedir.

Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib ki, bu təlimlər iki ölkənin dəniz piyadalarının döyüş qabiliyyətini illik əsasda yoxlamaq məqsədi daşıyır. Qurumdan KXDR-in mümkün reaksiyası barədə şərh verməkldən imtina ediblər.

Nazirlik nə təlimlərdə iştirak edənlərin sayı, nə də iki ölkənin təlimlərə cəlb edilən silahları ilə bağlı məlumatları açıqlamır. Cənubi Koreya KİV-i isə təlimlərə amfibiya tipli döyüş maşınlarının və təxminən, 500 hərbçinin cəlb olunmasının planlaşdırıldığını yazıb.

Qeyd edək ki, daha əvvəl KEYMEP təlimlərinin 2018-ci ilin sentyabr ayına qədər keçirilməsi nəzərdə tutulmuşdu, lakin onlar nüvəsizləşdirmə üzrə dialoqun normallaşmasına dair Pxenyana verilən vədlər ilə əlaqədar təxirə salınmışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300