Son iki gündə Yəməndə gedən döyüşlərdə 150-dən çox insan həlak olub

 

Yəmənin hakimiyyət orqanları liman şəhəri Hodeydada son 2 gündə husilərlə hökumət qüvvələri arasında gedən döyüşlərdə hər iki tərəfdən ümumilikdə 150-dən çox insanın həlak olduğunu bildiriblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hava və artilleriya zərbələri ilə üsyançıların limanın ətrafındakı mövqeləri atəşə tutulub. Hökumət qoşunları qiyamçıları sıxışdırmağa çalışır.

Məlumata görə, Bayda və Saada vilayətlərində də həmçinin qızğın döyüşlər başlayıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla müharibəyə 2015-ci ildə cəlb edilib. Bu illər ərzində Yəməndə gedən vətəndaş müharibəsində təxminən 10000 insan həlak olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300