ABŞ-ın İrana qarşı ağır sanksiyaları tətbiq olunmağa başlandı - Detallar

 

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi rəsmən başladı.

Axar.az xəbər verir ki, sanksiyaların ikinci mərhələsi əsasən İranın neft, maliyyə və gəmiçilik sektoruna aid ediləcək. Yeni sanksiyalara əsasən, İranla neft ticarəti və digər sahələrdə ticarət əlaqəsi quran ölkələr də ABŞ sanksiyalarına məruz qalır.

ABŞ-ın hazırladığı yeni qara siyahıya 700-dən çox şəxsin, təşkilatın, təyyarə, gəmi, neft və nəqliyyat şirkətlərinin, böyük bankların adı daxil edilib. ABŞ Maliyyə Nazirliyinin öz saytında yerləşdirdiyi İrana qarşı yeni sanksiyaların mətnində isə siyahıya daxil edilənlərin İran hökuməti, İran Neft Şirkəti (NİOC), "Naftiran İntertreyd Kompani” və İran Mərkəzi Bankıyla bağlı olan insanlar və şirkətlər olduğu bildirilib.

Sanksiyalar İranın neft sektorunu əhatə etməsinə baxmayaraq, ABŞ hələlik bu istiqamətdə Tehranla ticarət həyata keçirən 8 ölkəyə güzəşt tətbiq edib. Bu ölkələrə İrandan neft alışını əhəmiyyətli şəkildə azaltmaları üçün gələn ilin ortalarına qədər vaxt verilib.

İran dünyada üçüncü ən böyük neft ehtiyatı olan ölkə sayılır. Gündəlik 2,87 milyon barrel neft hasil edən Tehran öz ixracatının 1,4 milyon barrelini Çin və Hindistana tədarük edir. Ümumilikdə İran neft ixracatının 60%-ni Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya həyata keçirir. Yerdə qalan neft isə AB, Türkiyə və BƏƏ-yə ixrac edilir.

Sentyabr ayının göstəricilərinə əsasən, İranın neft ixracı 970 min barel, yəni 34% azalıb. Bəzi ekspertlər bu azalmadan ən çox qazanan ölkələrin Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ olacağını iddia ediblər. Bu ölkələr artıq indidən İrandan sonra boşalan mövqeləri tutmağa və digər ölkələrə öz neftlərini təklif etməyə başlayıblar.

İrana qarşı sanksiyaların bitməsi üçün ABŞ may ayında 12 şərt irəli sürüb. Vaşinqton bu şərtlərin icra ediləcəyi təqdirdə ABŞ-ın İrana qarşı sanksiyaları tam ləğv edəcəyi bildirilib. İran artıq indidən bu şərtlərin heç birinə əməl etməyəcəyini açıqlayıb.

ABŞ İranla bərabər onun müttəfiqlərinə qarşı sərt siyasət tətbiq etməyə başlayıb. Belə ki, hazırkı sanksiyalar qüvvəyə minməzdən öncə ABŞ Hizbullaha qarşı da sanksiyalarını sərtləşdirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300