Qala qəsəbəsində sakinlər etiraz aksiyası keçiriblər –FOTOLAR/VİDEO

 

Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna bağ massivinin sakinləri etiraz aksiyası keçiriblər.

Sakinlər musavat.com-a bildiriblər ki, etirazlarının səbəbi evlərinin qanunsuz tikili adlandırılmasıdır. Belə ki, sakinlərin sözlərinə görə, onlara Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin adından bildirilib ki, ərazidə tikilən evlərin hamısı qanunsuzdur. Buna görə də sökülməlidir. Sakinlər bildirirlər ki, ərazidə tikilən evlərin böyük əksəriyyəti 1990-cı illərin əvvəllərində inşa olunub:

"Burada yaşayanların əksəriyyəti Kəlbəcər rayonundan olan məcburi köçkünlərdir. Kəlbəcər rayonu işğal edildikdən sonra rayonun sakinlərinin bir qismi bu ərazidə yerəşdirilib. Camaat da ərazidə zülmlə ev tikib, məskunlaşıblar. Sonradan isə digər bölgələrimizdən də olan sakinlər buradan pulu ilə torpaq alıb, ev tikiblər. İndi də bizə bildirirlər ki, ərazidə qanunsuz olaraq məskunlaşmışıq. Bakı Şəhər Baş Polis İdarəsindən bizə bildirilib ki, ev və torpağa aid olan sənədləri götürüb, idarəyə gəlin. Lakin bizim heç bir sənədimiz mövcud deyil. Deyirlər ki, evlər qanunsuzdur. Bizə bildirirlər ki, Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib ki, camaat həmin ərazidə qanunsuz məskunlaşıblar. Necə qanunsuz məskunlaşmışıq ki, illərdir bizə bir söz deyən yoxdur. Kənddə məktəb var, uşaq bağçası tikilib. Eləcə də kəndin bütün kommunal xətləri çəkilib, camaat da hər ay dövlətə kommunal xərclər ödəyirlər. Həmçinin kənddə seçki məntəqəsi də mövcuddur. Bütün bunlar varsa, necə olur ki, kənddəki evləri qanunsuz tikili adlandırırlar?”

Sakinlər etiraz olaraq noyabrın 5-i səhər saatlarında massivin küçələrinə çıxıb, dinc etiraz aksiyası keçiriblər. Əraziyə polis patrul xidmətinin əməkdaşları gəliblər. Sakinlərə bildirilib ki, şikayətləri dinləniləcək və müvafiq tədbirlər görüləcək.
Məsələ ilə bağlı münasibət almaq üçün Xəzər Rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi yaratmağa cəhd etdik. Lakin israrlı zənglərimizə cavab verən olmadı.

Əli Rəis, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300