Basdırılan şəxs 2 ay sonra dirilərək evinə gəldi-Qazaxıstanda ilginc olay

Qazaxıstanda qeyri-adi hadisə baş verib.

 

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Zuldiz rayonunun Tomarlı kəndindən olan 63 yaşlıAyqali Supuqaliyevadlı şəxs bu ilin iyun ayında evindən çıxıb və geri qayıtmayıb. Bundan narahat olan ailəsi onunla bağlı polisə məlumat veriblər. 2 ay sonra ailə morqa çağırılıb və tapılan cəsədlərdən birinin ona aid ola biləcəyi bildirilib. Meyitin DNT analizi aparıldıqdan sonra tibbi ekspertiza həmin şəxsin 99,92 faiz ehtimalla Ayqalı olduğu barədə rəy çıxarıb.

 

Ailə ölən şəxsin qalıqlarını evə gətirərək, kənddə yas mərasimi təşkil edib və sentyabrın 2-də meyit rayondakı müsəlman qəbristanlıqlarının birində basdırılıb.

 

Hadisədən 2 ay sonra isə Supuqaliyev evinə qayıdaraq, hər kəsi təəccübləndirib.Məlum olub ki, o, 4 ay öncə rayonda tanış olduğu bir nəfərlə müvəqqəti işləmək üçün Ərafat bölgəsinin yaxınlığında bir yerə gedib və ailəsi ilə əlaqə saxlaya bilməyib.

 

Ailə tibbi ekspertiza idarəsinin ekspertlərini yanlış rəy verikləri üçün məhkəməyə verməyə hazırlaşır.Basdırılan şəxsin isə kimliyi barədə məlumat verilmir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300