Ərdoğan: Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirəcək

 

Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirməyi davam edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna başçısı Petro Poroşenko ilə görüşdən sonra deyib.

Türkiyə prezidenti qeyd edib ki, Ukrayna ilə 2011-ci ildən strateji əməkdaşlıq səviyyəsinə çıxan münasibətlərin dəstəklənməsi üzrə işlər mütəmadi olaraq davam etdirilir: "İldən-ilə biz münasibətləri daha da möhkəmləndiririk və bundan sonra da möhkəmləndirəcəyik. Türkiyə Ukraynada aparılan islahatları dəstəkləyir. Bu islahatların uğurlu həyata keçirilməsi bütün regionun xeyrinə olacaq".

Ərdoğan həmçinin ölkələr arasında vizasız rejimin tətbiq olunmasını xatırladıb: "Vətəndaşlarımız daxili sənədlərlə ölkələrimizə səfərlər edə bilirlər. Türkiyəyə 2018-ci ildə səfər edən Ukrayna turistlərinin sayı 1 milyonu ötüb".

Türkiyə başçısı həmçinin deyib ki, tərəflər Azad Ticarət Razılaşmasının hazırlanması üzrə işləri ilin sonuna kimi tamamlamaq niyyətindədir: "İnanıram ki, bu sənədlə ikitərəfli ticarət dövriyyəsinin həcmi 10 milyard dollara çatacaq".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300