Polislər etiraz əlaməti olaraq sürücüləri cərimələməkdən imtina ediblər

 

Belçikanın hüquq-mühafizə orqanı əməkdaşlarını birləşdirən "Polislərin birləşmə hərəkatı"nın (Police Unifying Movement) üzvləri noyabrın 1-dən 15-dək yol hərəkəti qaydalarını pozduqlarına görə sürücüləri cərimələməkdən imtina edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunun əvəzində onlar qaydaları pozan sürücülərlə yol hərəkatı qaydalarına riayət etməyin zəruriliyi barədə izahlı söhbətlər aparacaqlar.

Beləliklə, "No Money" ("Pulsuz") etiraz aksiyası hökumətin diqqətini polisin tələblərinə cəlb etmək üçün nəzərdə tutulub. Onlar həmçinin 2001-ci ildə həyata keçirilmiş və polisin federal və yerli polis olmaqla ikiyə ayrılmasına gətirib çıxarmış islahatlardan narazıdılar.

"İdeya ondan ibarətdir ki, bizi eşitmək istəmədiyi üçün dövləti vəsaitdən məhrum edəcəyik", - aksiya təşkilatçılarından biri olan Paskal Rombo bildirib.

Noyabrın 15-də aksiya iştirakçıları Brüsselin mərkəzi meydanına - Qran Plasa toplaşacaq və polis islahatlarına qarşı açıq şəkildə etiraz edəcəklər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300