FİFA prezidenti ilə bağlı sensasion iddia -üzgörənlik edib

 

FİFA prezidenti Canni İnfantino ilə bağlı şok iddia ortaya atılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onun UEFA-da baş katib vəzifəsində çalışdığı vaxt maliyyə feyr-pley qaydalarını pozan "Mançester Siti” və PSJ-yə mümkün cəzadan yayınmaq üçün yardım etdiyi bildirilib.

"Football Leaks” saytının araşdırmasına görə, Yaxın Şərqin ən zəngin iş adamlarının sahib olduğu hər iki klubda 2011-2013-cü illərdə ciddi büdcə açığı aşkarlanıb. PSJ sözügedən illərdə Qətərin Turizm Nazirliyi ilə bağlanmış sponsorluq müqaviləsinə əsasən, illik 215 milyon avro gəlir götürüb. UEFA mütəxəssisləri isə anlaşmanın real bazar qiymətini cəmi 2,8 milyon avro olaraq dəyərləndiriblər.

"Mançester Siti”nin isə 2011-2013 aralığında illik zərəri 233 milyon avro təşkil edib. Bu isə UEFA-nın kluba qoyduğu 45 milyonluq limitdən 5 dəfə çox olub. İnfantinonun hər iki klubun pozuntularından xəbərdar olduğu iddia olunur.

Qaydalara əsasən, hər iki komanda Çempionlar Liqasından kənarlaşdırılmalıymış. Fransızların cəzadan yayınmasına UEFA-nın sabiq prezidenti Mişel Platini, Fransanın keçmiş prezidenti Nikolya Sarkozi və İnfantino kömək ediblər. "Mançester Siti”nin pozuntularını ört-basdır etməkdə isə təkcə qurumun sabiq baş katibinin əli olub. O, FİFA-dakı vəzifəsinə baxmayaraq, klubların maraqları üçün mübarizə aparıb. İnfantinonun klub rəhbərləri ilə görüşərək, gizli məlumatları müzakirə etdiyi və qanunsuz olaraq onlara güzəştli şərtlər təklif etdiyi iddia olunur.

Nəhayət, 2014-cü ildə PSJ və "Mançester Siti” UEFA ilə razılığa gəlib ki, bunun da klublara heç bir mənfi təzyiqi olmayıb. Qısa müddətdən sonra isə hər iki klubla bağlı araşdırma aparan maliyyə feyr-pley komitəsinin rəhbəri şotlandiyalı Brayan Kuinn öz vəzifəsindən ayrılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300