Argentina hökuməti Messini çirkli pulların yuyulmasında ittiham edir

 

Argentina hökuməti bu ölkənin milli komandasının və İspaniya təmsilçisi "Barselona”nın futbolçusu Lionel Messini və atasını çirkli pulların yuyulmasında ittiham edib.

"Report” "Todo Noticias” telekanalına istinadən xəbər verir ki, prokuror Pablo Turano bununla bağlı ittiham irəli sürüb. O, 31 yaşlı hücumçuya məxsus xeyriyyə fondunun yoxlanılmasını tələb edib.

Prokuror hesab edir ki, fonda daxil olan ianələrdən əldə olunan vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb. Qanunsuz fəaliyyət 2012-2014-cü illərdə İspaniya və Argentinada baş verib. P.Turano fondun sabiq əməkdaşlarından birinin ifadəsi əsasında ittiham irəli sürüb. Onun sözlərinə görə, fonda daxil olan pullar sosial layihələrin həyata keçirilməsi üçün istifadə olunmayıb.

Qeyd edək ki, Messi daha əvvəl vergidən yayındığı üçün məsuliyyətə cəlb edilib. 31 yaşlı forvard 250 min avro cərimə ödəyərək, 21 aylıq həbsdən yayınıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300