"Himnin dəyişdirilməsi vacibdir, yoxsa Şuşanın azad edilməsi?”–Nəsiman Yaqublu

"Himnimiz Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə aparılmış istiqlal mübarizəmizin, istiqlalımızın rəmzidir”.


 

 

Bu fikirləri yenicag.az-a açıqlamasında Milli Məclisin bu gün keçirilmiş plenar iclasında Azərbaycanın dövlət himninin dəyişdirilməsinə yönəlik təkliflərə münasibət bildirən Cümhuriyyət tarixinin araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu deyib.

Nəsiman Yaqublunun fikrincə, ölkənin daha vacib problemlərinin olduğu bir şəraitdə dövlət himninin dəyişdirilməsini müzakirəyə çıxarmaq düzgün deyil:

"Bu məsələ dəfələrlə qaldırılıb və artıq utancverici bir vəziyyətə gəlib. Başa düşmək olmur, himnimizi dəyişdirməyi və ya qısaltmağı hər fürsətdə gündəmə gətirmək istəyənlər nəyə nail olmaq istəyirlər.

Mən Cümhuriyyət dövrünün araşdırmaçısı olaraq, himnimizin dəyişdirilməsinin əleyhinəyəm. Bu himn və gerb Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə aparılmış istiqlal mübarizəmizin, istiqlalımızın rəmzidir.

Üzeyir bəyin əzəmətli müsiqisi ilə Əhməd Cavadın möhtəşəm şeirindən ibarət olan himnimiz 100 ildir ki, mövcuddur və xalqın yaddaşına hopub. O baxımdan, himnimizin qısaldılması bəlkə də müzakirə oluna bilər – hərçənd mən bunu da doğru saymıram – ancaq dəyişdirilməsi yolverilməzdir.

Digər tərəfdən, ölkənin aktual problemlərinin həllini gözlədiyi bir şəraitdə deputatların himn məsələsini müzakirəyə çıxarması hansı zərurətdən qaynaqlanır? Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımız işğal altındadır. Gəlin baxaq, himnin dəyişdirilməsi vacibdir, yoxsa Şuşanın işğaldan azad edilməsi?

Əgər Milli Məclisdə mövzu qıtlığı yaşanırsa, məni ora dəvət etsinlər. Parlamentdə aktual və maraqlı mövzularda elə çıxışlar edərəm ki, o deputatlar özləri də bilmədən məni alqışlayarlar”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilmiş iclasında çıxış edən deputat Tahir Kərimli Azərbaycanın dövlət himninin "uzun və bədbin” olduğunu deyib:

"Digər himnlər 2-2.5 dəqiqə olduğu halda Azərbaycanın dövlət himni 4 dəqiqədir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300