İranda məktəblər bağlandı -Qum qasırğasına görə

 

Güclü qum qasırğası İranın Zabil, Zəhək, Hirmənd, Hamun və Nimruz rayonlarında məktəblərin bağlanmasına səbəb olub.

Trend-in məlumatına görə, dərslərin dayandırılması barədə İranın Sistan və Bəluçestan vilayətinin təlim-təhsil idarəsinin informasiya və ictimai əlaqələr şöbəsinin müdiri Əli Muradi bildirib.

Onun sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Sistan və Bəluçestan vilayətinin şimal rayonlarında orta məktəblər həftənin əvvəllərində də fəaliyyət göstərməyəcək.

Sistan və Bəluçestanın Hava Proqnozları Bürosunun rəhbəri Qulamhüseyn Abidinin sözlərinə görə, saatda 108 km sürətə çatan qum qasırğası Zabil rayonunda havanın normadan 14 dəfə artıq çirklənməsinə səbəb olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300