Putin Trampla Argentinada da görüşəcək

 

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp noyabrın sonlarında Argentinada baş tutacaq "G20” ("Böyük iyirmilik”) iclası çərçivəsində təkbətək görüş keçirəcəklər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Putinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Parisdə keçiriləcək qısa görüşdən fərqli olaraq, iki lider arasında Argentinadakı 30 noyabr görüşü daha uzun və substantiv olacaq.

Qeyd edək ki, Putinlə Tramp 11 noyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbir çərçivəsində bir araya gələcəklər. Onların ilk təkbətək görüşü isə iyulun 16-da Finlandiyanın Helsinki şəhərində baş tutub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300