BMT baş katibi: "Təkcə bu il dünyada azı 88 jurnalist öldürülüb"

 

Son on ildən bir qədər artıq müddətdə 1000 nəfərdən artıq jurnalist öz peşə borcunu yerinə yetirərkən həlak olub.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterrişin Jurnalistlərə Qarşı Törədilən Cinayətlərə görə Cəzasızlığa Qarşı Beynəlxalq gün münasibətilə etdiyi müraciətdə deyilir.

Müraciətdə qeyd olunur ki, hər 10 cinayətdən 9-u açılmamış qalıb, cinayətkarlar isə məsuliyyətə cəlb edilməyib.

"Təkcə bu il azı 88 jurnalist öldürülüb. Bundan əlavə, minlərlə jurnalist hücumlara, təzyiqlərə məruz qalıb, həbs edilib və ya zəruri hüquqi prosedurlar həyata keçirilmədən saxta ittihamlarla azadlıqdan məhrum edilib. Bu, sadəcə, qəbuledilməzdir. Belə şeylər adi hala çevrilməməlidir. Jurnalistlər hədəfə tuş gəldikdə bunun cəzasını bütün cəmiyyət çəkir. Jurnalistlərə qarşı hücumların artması və cəzasızlıq mühiti məni dərindən narahat edir", - BMT baş katibi bildirib.

O, hökumətləri və beynəlxalq ictimaiyyəti jurnalistləri qorumağa və peşə fəaliyyətlərini yerinə yetirmələri üçün onlara zəruri şərait yaratmağa çağırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300