İranlı deputatlar daxili işlər nazirinin impicment edilməsini istəyirlər

 

İran parlamentinin xüsusi komissiyası noyabrın 5-də ölkənin daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin impicment edilməsi ilə bağlı təklifə baxacaq.

"Report” İran KİV-inə istinadən xəbər verir ki, 25 deputat oktyabrın 3-də nazirə etimadsızlıq göstəilrəməsi ilə bağlı qanunverici orqana layihə göndərib.

Deputatlar Əbdülrza Rəhmani Fəzlinin vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi kobud xidməti səhvə görə tənqid ediblər. Onlar naziri təhlükəsizlik məsələlərini lazımı səviyyədə həyata keçirə bilməməkdə, xüsusi ilə Əhvazdakı terror hücumuna görə ittiham ediblər. Deputatların fikrincə, daxili işlər naziri ölkədə qaçaqmalçılığın qarşısının alınması sahəsində lazımı tədbirlər görmür, bu sahələrdə zəifliyə yol verir, həmçinin bələdiyyələrin fəaliyyətinin monitorinqini yetərli aparmır.

Deputatlar bu məsələlərdə nazirə irad bildiriblər və ayıq-sayıqlığın itirilməsini impicment üçün başlıca səbəb olaraq göstəriblər.

Qeyd edək ki, Əbdülrza Rəhmani Fəzli 2013-cü il avqustun 15-dən, yəni Həsən Ruhaninin prezidentliyinin birinci dövründən daxili işlər naziridir.

Xatırladaq ki, sentyabrın 22-də İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində 25 nəfər ölüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300