Qəzzafinin Belçika banklarından yoxa çıxan 5 milyardının Liviyada müharibəyə xərcləndiyi bəlli oldu

 

Liviyanın öldürülən lideri Müəmmər Qəzzafi hökumətinə aid Belçikadakı banklarda olan milyardlarla avronun itdiyi ortaya çıxdı.

Avropa.info xəbər verir ki, Belçika parlamentinin deputatı Jorj Gilginetin gündəmə gətirdiyi "Belçikada Qəzzafiyə məxsus hesablardan itən 5 milyard avronun mənimsənilməsi” iddiası BMT tərəfindən araşdırır.

Gilginet, Belçika dövlət kanalı RTBF-yə verdiyi müsahibədə Belçikanın Liviyadan gələn pulların dondurulması haqda BMT qətnamələrinə riayət etmədiyini deyib.

"Mən Belçika dövlət orqanlarından məsələ ilə bağlı məhdud məlumat aldım. Lakin böyük bir qalmaqala yol açacaq bu məsələnin bir an əvvəl aydınlaşdırılması lazımdır. Hesablardakı milyonlarla avro Liviyada adları bizə məlum olmayan adamlara verilib” – Jorj Gilginet belə deyib.

RTPF telekanalı həmçinin, adının çəkilməməsini istəyən bir mənbəyə istinadən yaydığı xəbərində, yoxa çıxan pulların Liviyada davam edən vətəndaş müharibəsini maliyyələşdirmək üçün istifadə edildiyini bildirib.

Bu arada BMT yaydığı hesabatında, telekanalın iddialarını təsdiqləyib. Hesabata görə, Qəzzafinin yoxa çıxan pulları bölgədə xaos yaradan silahlı qruplara göndərilib.

Qəddafinin 2011-ci ildə öldürülməsinin ardından BMT Belçikadakı hesabları dondurma haqda qərar vermişdi. Lakin daha sonra bu hesablardakı səhmlər və faiz gəlirlərinə mane olunmadığı ortaya çıxmışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300