Qocalmanın doqquz əlaməti

"Bioloji yaşlanma dövründə orqanizmdə yaxşıya doğru heç bir proses baş vermir”.

Uluyol.az Sputnik.az-a istinadən xəbər verir ki, bu fikri İspaniyadakı Milli Onkoloji Araşdırmalar Mərkəzinin həkimi, yaşlanma əlamətləri üzrə tədqiqatlara dair hesabatların müəlliflərindən biri olan Manuel Serrano ifadə edib.

Bu tədqiqatların nəticəsində məməli canlılar, o cümlədən insan orqanizmində yaşlanma prosesinin aşağıdakı doqquz əlaməti müəyyən olunub:

Birincisi, dezoksiribonuklein turşusu (DNT) — yəni hüceyrələr arasında əlaqə yaradan genetik kodumuz pozulmağa başlayır və xüsusi fəaliyyət üçün yaranan kök hüceyrələri də təsiri altına alır. Bu proses onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olur.

 

İkinci əlamət xromosomların qapağı sayılan telomerlərin köhnəlməsi və onların zərər görməsidir. Bunun nəticəsində ağciyər fibrozu və aplastik anemiya təhlükəsi meydana gəlir. Hazırda alimlər bu prosesi ləngitmək üçün telomeraz adlı maddə üzərində iş aparırlar.

Üçüncü əlamət hüceyrələrin davranışlarının pozulması ilə bağlıdır. Bu prosesdə konkret olaraq bir hüceyrədəki minlərlə gen onun istiqamətini müəyyən edir. Məsələn, hüceyrənin dəri, yoxsa beyin hücrəsi olduğu təyin edilir. Lakin onların davranışının pozulması skleroz kimi xəstəliklərin ortaya çıxması ilə nəticələnir.

Dördüncü və beşinci əlamətlər hüceyrələrin özünüyeniləmə qabiliyyətinin azalması və metabolizm üzərində nəzarəti itirmələri ilə müşayiət olunur. Yaşlanma prosesində "ölən” hüceyrələrin yenilənməsi prosesi xeyli ləngiyir və onlarda toksik zülallar yığılmağa başlayır. Bu zəhərli maddələrin əksəriyyəti Altzheymer və Parkinson xəstəliklərinə səbəb olur. Digər tərəfdən, hüceyrələr yağ və şəkər kimi qidaları yetərincə mənimsəyə bilmədiyi üçün metabolizm qabiliyyəti azalır və şəkərli diabetin yaranması ehtimalı güclənir.

Daha bir – altıncı əlamət hüceyrələri enerji ilə təmin edən mitokondrilərin təsirinin azalması və bunun nəticəsində DNT-nin zərər görməsidir. "Nature” jurnalında dərc olunmuş bəzi tədqiqatların nəticələri göstərib ki, mitokondrilərin fəaliyyətinin bərpa edilməsi canlıların ömrünü uzadır.

Yeddinci əlamət hüceyrələrin "zombi”yə çevrilməsi – yəni onların digər qüsurlu hüceyrələrin meydana gəlməsinin qarşısını ala bilməməsi və qeyri-təbii hərəkətidir. Qüsurlu hüceyrələr parçalanmaya davam edir, lakin ölmür. "Senescent” deyilən bu hüceyrələr məhz yaşlanma əlamətidir. Hazırda genetika mühəndisləri onların aradan qaldırılması istiqamətində tədqiqatlar aparırlar.

Nəhayət, səkkizinci və son əlamətlər kök hüceyrələrin enerjisinin tükənməsi və onlar arasında əlaqənin yox olması ilə əlaqəlidir. Enerjinin azalması hüceyrələrin yenilənmə, koordinasiya imkanlarının da tədricən tükənməsinə səbəb olur. Serranonun sözlərinə görə, orqanizmin yaşlanması labüd olsa da, sağlam həyat tərzi bu prosesi ləngidə bilər

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300