Uşağı kompüter oyunlarının zərərindən necə qoruyaq? -Həkim məsləhəti

 

Kompüter oyunları və cürbəcür qacetlər müasir uşaqların həyatlarının ayrılmaz hissəsinə çevrilib. Artıq az yaşlarından uşaqlarda onlara maraq yaranır. Ancaq hamımız bu oyunların nəticələrini və uşağın psixikasına təsirini yaxşı bilirik.

Oxu.Az-a danışan psixiatr Denis Rzayev deyib ki, kompüter oyunlarının mənfi təsiri uşaqlarda yaşdan, uşaqların psixososial inkişafından, kompüter və oyunların istifadə məqsədindən asılıdır.

"Həmçinin, kompüter oyunlarının janrı da böyük rol oynayır. Elə oyunlar seçmək lazımdır ki, onun süjetində zorakılıq və təcavüz olmasın. Bu cəhətlərin olduğu süjetlər uşağın psixikasını zədələyir, bu da öz növbəsində nevrozdan başlayaraq, daha ciddi psixi pozuntulara gətirib çıxara bilər”, - həkim deyib.

D.Rzayevin sözlərinə görə, kompüter texnologiyalarının inkişafının indiki dövründə uşağın kompüter oyunlarından uzaqlaşdırılmasına çətinliklə nail olmaq mümkündür.

"Burada bir məsələyə diqqət yetirmək lazımdır: qadağalar kritik şəkildə deyil, izahat formasında həyata keçirilməlidir. Bu vəziyyətdə uşaq qadağanı başa düşür. Kritik formada qadağa onda bu oyunlara marağın artmasına səbəb olur”, - müsahibimiz bildirib.

Psixiatr uşaqların kompüterdən istifadəyə icazə verilməsi üçün uyğun yaşı da açıqlayıb.

"Uşaqları kompüterlə 6-7 yaşlarından tanış etmək lazımdır. Oyunlar onun üçün maraqlı və xeyirli olmalıdır: məntiqi, yaddaşı və diqqəti inkişaf etdirməlidir”, - həkim qeyd edib.

"Əsasən uşaqların "yaxşı” və ya "pis” olaraq bölünmə vaxtı sayılan 15 yaş və daha böyüklər üçün isə kompüter oyunlarının janrlarını daha da genişləndirmək lazımdır, çünki bu zaman o, nəyin yaxşı və nəyin pis olduğunu anlayır”, - müsahibimiz bildirib.

Həkimin fikrincə, kompüter istifadəsində müəyyən rejimə riayət etmək lazımdır.

"Məhz gündüz saatları vaxtın böyük hissəsinin tutulmasına imkan verməyəcək. Bu müddət uşaqlarda kompüterdən asılılığın inkişafının qarşısını almaqda böyük rol oynayır”, - həkim əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300