Azərbaycanlı biznesmen Rusiyada güllələndi

 

Rusiyanın Sankt-Peterburq şəhərinin Nevsk rayonunun polisi azərbaycanlı iş adamına qarşı hücumu araşdırır. Hücumda iş adamının həmyerliləri olan 2 qardaş şübhəli bilinir.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bununla bağlı regionun daxili işlər orqanlarından məlumat verilib.

Hadisə oktyabrın 25-də Narodnoy küçəsində baş verib. Zərərçəkmişin sözlərinə görə, ona iki gənc oğlan yaxınlaşıb. Cinayətkarlar travmatik silahdan iş adamına 4 dəfə atəş açıblar. Güllələr azərbaycanlı biznesmenin sinəsindən dəyib. Bundan sonra cinayətkarlar iş adamının avtomobilinə əyləşib və aradan çıxıblar.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. Polis 27 və 29 yaşlarında olan iki azərbaycanlını axtarır. Məlumdur ki, onlar iki qardaşdır və Peterburqda qanunsuz yaşayır

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300