Fransa prezidenti media azadlığını pozmaqda günahlandırılır

 

Fransa Prezidenti Emanuel Makron Yelisey sarayının mətbuat xidmətini köçürtmək qərarına görə tənqid olunub.

"Report” "Bloomberg”ə istinadən xəbər verir ki, mətbuat otağını ilin sonunadək başqa binaya köçürtmək barədə xəbər yayılanda Fransa Prezidenti yanında Mətbuat Assosiasiyası jurnalistlərin meydançasını bağlamaq barədə birtərəfli qərarına görə dövlət başçısını sərt tənqid etməyə başlayıb. Təşkilatdan bu addımın mətbuat azadlığına xələl gətirdiyi bildirilib.

Fransa prezidentləri sarayında akkreditasiya olunmuş ölkə və xarici KİV-i təmsil edən Assosiasiya Yelisey sarayında jurnalistlərin hökuməti niyə bu qədər narahat etməsindən təəccübləndiyini ifadə edərək dövlət başçısını şəffaflıq ənənələrini pozmaqda, Yelisey sarayının sahibi kimi davranmaqda ittiham edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300