Camal Qaşıqçı cinayəti 56 milyard dollara unuduldu

 

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda təşkil olunan və "Çöl Davosu” adı verilən "Gələcəyə Sərməyə Təşəbbüsləri” (Future İnvestment İnitiative) adlı forumda Səudiyyə Ərəbistanın təklif etdiyi cazibəli layihələr Camal Qaşıqçı cinayətini müəyyən qədər unutdurub.Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Səud ailəsinin artıq müxtəlif şirkətlərə 56 milyard dollara çatan anlaşmalar bağladığı məlum olub.

Öncə Səudiyyə Ərəbistanın "Aramco” neft şirkəti 34 milyard dollar həcmində sazişə imza atıb. Şahzadə Məhəmməd bin Salman başda "Total” olmaqla Fransa şirkətləri ilə 12 mliyard dollarlıq müqavilənin imzalanması üçün danışqları başa çatdırıb. Forumda Rusiya və Çin heyətlərinin aktivliyi xüsusi diqqət çəkib.

Rusiyanın ərəblərdən 5 milyard dollar qopardığı bildirilir. Ruslar hətta Ermitaj muzeyinin Səudiyyə Ərəbistanındakı fililaının açılması barədə razılığa gəliblər.

Elə Qərbin bəzi iş adamları da boş dayanmayıblar.

ABŞ-Çin sərmayə şirkəti "WI Harper Group” un rəhbəri Piter Lyu mətbuata verdiyi müsahibədə ailəsinin uzun illər boyunca Səud kral evi ilə dostluq etdiyini, buna görə heç bir əməkdaşlıqdan vaz keçməyəcəklərini bildirib.

ABŞ-ın "Lucid Motors” şirkətinin nümayəndəsi Derek Cenkins də mətbuata açıqlamasında forumda iştirak edənlərdəndir. Bu da əbəs yerə deyil. "Lucid Air” məşhur milyarder İlon Maskın "Tesla” şirkətinin rəqibi sayılır. Hələ sentyabr syında Səudiyyə Ərəbistanı "Lucid air” şirkətinin Arizonadakı zavodunun tikintisinə 1 milyard dollar pul yatrımağı vəd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300