Rusların çox öyündüyü "Su-57” təyyarələri ilə bağlı ümidləri boşa çıxır

 

Rusiya hərbçiləri dünyada 5-ci nəsil qırıcı təyyarələrindən sayılan "Su-57”-lərlə bağlı əsl həqiqətləri gizlədirlər.

Musavat.com xəbər verir ki, bu barədə "The Diplomat” saytı məlumat yayıb.

ABŞ mənşəli xəbər saytı Rusiyanın müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun oktyabrın əvvlərində Su-57 döyüş təyyarələrinin ilk partiyasının 2019-cu ildə alacaqları barədə sözlərini xatırldıb.

Krivoruçko təyyarələrin sayı barədə məlumat verməsə də, "The Diplomat” hərbi qaynaqların 12 ədəddən bəhs etdiklərini bildirir. Lakin sonradan baş nazirin müavini Yuri Borisov mətbuatı ümumiyyətlə 12 rəqəmini səsləndirməməyə çağırıb.

"Əslində isə Rusiya hərbi aviasiyası 2019-cu ildə cəmi 2 təyyarənin üzünü görə biləcək”, - sayt qeyd edir.

Daha öncələr "Su-57”-lərin kütləvi şəkildə istehsalından dəm vuran ruslar indi bu söyləmlərndən vaz keçməyə məcbur qalıblar.

"The Diplomat” Rusiyanın 2010-cu illərdə, yəni neftin qiymətinin olduqca yüksək olduğu dövrlərdə ilk öncələr 150 ədəd Su-57 qırıcısını istehsal etməyi planladıqlarını yazır. Yeni təyyarələr 4-cü nəsil sayılan MiQ-29 və "Su-27"-ləri əvəz etməli imiş.

Hətta Rusiyanın Hərbi-kosmik qoşunlarının keçmiş komandanı, Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri general-polkovnik Viktor Bondaryov pilotsuz "Su-57”-lər üzərində iş getdiyini söyləyirdi.

Lakin baş azirin müvini Yuri Boriosv indi "Su-35”-lərin dünyanın ən yaxşı döyüş təyyarəsi olduğunu, ona görə də 5-ci nəsil qırıcılarının istehsalını heç bir mənası olamıdğını bildirir.

"The Drive” analitik saytının fikrincə, ruslara əsl zəbrə Hindistan tərəfdən gəlib. Belə ki, Rusiya və Hindistan FGFA (Fifth Generation Fighter Aircraft) layihəsi çərçivəsində "Su-57"-ləri birlikdə istehsal etməli imişlər. Lakin çox güman ki ABŞ-ın təzyiqləri ilə Hindistan bu fikrindən vaz keçməli olub.

Bu ay ABŞ-ın "The National İnterest” jurnalı "Su-57” layihəsinin müəffəqiyyətlə gerçəkləşməsinə şübhə altına qoyub

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300