Müsəlman soyqırımı davam edir: 270 min qaçqın, yüzlərlə xaraba kənd…- BMT

BMT-nin Beynəlxalq Myanma Araşdırmalar Missiyasının prezidenti Marzuki Darusman Myanmanın Arakan bölgəsində müsəlmanlara qarşı soyqırımın davam etdiyini açıqlayıb.

Uluyol.az teleqraf.com-a istinadən xəbər verir ki, Darusman bununla bağlı kifayət qədər fakt aşkarlandığı halda, Myanma hökumətinin bu ittihamları qəbul etmədiyini bildirib.

Onun sözlərinə görə, Arakandan çıxa bilməyən Rohinqiya müsəlmanları ciddi təzyiq altında və kütləvi qırğın təhdidi ilə üz-üzə qalıb.

Beynəlxalq ictimaiyyəti Myanma hökumətinə qarşı mübarizəyə çağıran Marzuki Darusman qeyd edib ki, hökumətin soyqırım siyasətinə etiraz edilməyəcəyi halda, vəziyyət müsəlmanlar üçün daha təhlükəli hal alacaq.

BMT-nin son hesabatına görə, 2017-ci il avqustun 25-dən Arakandan qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 720 min nəfəri keçib. Digər yandan, bu müddət ərzində bölgədə yüzlərlə müsəlman kəndi Myanma hökumətinin silahlı birləşmələri tərəfindən darmadağın edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300