ABŞ Ermənistanla münasibətlərdə yeni səhifə açır - müşavirlərin səfəri

 

Ermənilər Trampın müşavirlərinin gəlişindən çox şey gözləyirlər

Xəbər verildiyi kimi, ABŞ prezidentinin müşaviri və şəxsi vəkili Rudolf Culiani İrəvanda səfərdədir. Culiani Trampa ən yaxın isimlərdən hesab olunur və onun gəlişi Ermənistan hakimiyyət dairələlərində məmnunluqla qarşılanıb. Respublikaçı olmasına rəğmən R.Culiani İrəvanda artıq qondarma "erməni soyqırımı”nı tanıdığını söyləyib.

Məlum olduğu kimi, Trampın başqa bir müşaviri, Con Bolton da regiona rəsmi ziyarəti zamanı Ermənistana baş çəkəcək.

Bütün bunlar ermənilərdə ABŞ-Ermənistan münasibətlərində yeni səhifənin açılacağı təsəvvürünü oyadıb.

Ermənistanın "İnsan inkişafının beynəlxalq mərkəzi”nin rəhbəri Tevon Poqosyan yerli mediaya müsahibədə müşavirlərin səfərini olduqca önəmli hesab edib: "Bizim ABŞ-da maraqlarımız var və Ermənistan orada güclü diaspora mallikdir. Vaşinqton da bölgədə enerji resursları və başqa strateji hədəflər çərçivəsində özünün maraqlarını güdür. ABŞ həm də Qarabağ münaqişəsinin həmsədridir”.

Tevon Poqosyanın fikrincə, burada əsas məsələ təhlükəsizliklə bağlı yaranan problemlərdir. O, İran məsələsində ABŞ-ın İrəvandan dəstək almağa ümid etdiyinə işarə vurub.

"ABŞ İrana öz maraqları çərçivəsindən çıxış edərək yanaşır. İran isə bizim qonşumuzdur. ABŞ dünyanın istənilən nöqtəsində öz maraqlarını təmin edə biləcək yeganə gücdür. Bu səbəbdən Vaşinqton bölgədə yeni siyasətin müəyyən edilməsi ilə bağlı böyük analitik paket hazırlayır.

Tevan Poqosyan Culianinin konkret tədbirə gəlmək adı altında əslində Vaşinqton üçün informasiya topladığını söyləyib. "Gəlin bu imkandan istifadə edək”, - erməni ekspert öz hakimiyyətinə səslənib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300