ABŞ-a gələn miqrant karvanı ölkəyə buraxılmayacaq

 

"Hondurasdan Meksika ərazisi ilə ABŞ istiqamətində hərəkətdə olan qanunsuz miqrant karvanı heç bir halda Birləşmiş Ştatların sərhədini keçməyəcək.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

"Mən təkrar edirəm — karvan heç bir halda bizim sərhədi qanunsuz keçməyəcək. Əgər siz bura (ABŞ-a — red.) gəlmək istəyirsinizsə, qaçqınlar üçün nəzərdə tutulan normal prosesdən keçin", - deyə o bildirib.

Dövlət katibi əlavə edib ki, miqrant karvanı Meksikanın suverenliyini, qanunlarını və immiqrasiya prosedurunu pozur.

"Prezident Tramp bunun baş verməsinə imkan verməyəcək… Biz hesab edirik ki, Meksika rəhbərliyi vəziyyəti həll etməyin ən yaxşı yollarını bilir və biz onlar tərəfdən zamanında addım atılmasını gözləyirik", — deyə dövlət katibi vurğulayıb.

Bundan əvvəl ABŞ sərhədinə doğru növbəti miqrant axınının hərəkət etdiyi məlum olub.

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300