Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"

 

Türklük də bir inancdır: ucalıqdır, saflıqdır, əxlaqdır, ədalətdir, sevgidir, bir sözlə Tanrıçılıqdır. Bu anlamda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qaqauz Yeri, Yakutistan, Türkmen Eli, Uygur ve başqa Türk dövlətlərinin bayrağındakı göy ya da mavi boya yalnız milli kimliyimizi deyil, həm də inancımızın atributudur.

Deməli, Türklük ya da Tanrıçılıq bizim özümüz və özülmüzdür. Ancaq Türkün öz inancı ilə yanaşı, ona yaxın gördüyü digər dinləri, xüsusilə də İslam dinini qəbul etməsini ifratlaşdırmaq doğru deyildir. Doğrudur, bu gün Türk xalqlarının böyük çoxluğu İslam dinidir. Bu o deməkdir ki, Türk xalqları mövcud dinlər arasında ən çox İslam dinini öz inancına, yəni Tanrıçılığa yaxın bilmişdir. Şübhəsiz, Türk bilgələri, Türk xaqanları bu seçimi edərkən yuxarıdakı amili və dövrün şərtlərini də nəzərə almışdır.

Bir sözlə, Türk olaraq İslam dininin dəyərini yaxşı anlamaqla yanaşı, amma hələ də öz inanclarına sadiq qalan Türk xalqlarını da, o cümlədən xristian türklərini, buddist türkləri, yəhudi türklərini də görməzdən gələ bilmərik. Onlar da bizim bir parçamız, yəni özülmüzdür. Ona görə də, matrudilər, yəsəvilər kimi bizlər də Türklüyümüzü daima bir addım öndə tutmalı, dini inancı önə çəkib milli kimliyimizin üstündən xətt çəkməməliyik.

Əhməd Yəsəvi demişkən, Türklük qədərimiz, din seçimimizdir. Bu anlamda Azərbaycan Türk bayrağındakı məfkurəyə və ardıcılığa əməl etməliyik.

Faiq Ələkbərli (Qəzənfəroğlu)
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300