Azərbaycan millisi Norveçə böyük hesabla uduzdu

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

 

Qaynarinfo xəbər verir ki, Ramin Quliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib. 8-ci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu millimiz və "Qarabağ"ın baş məşqçisiQurban QurbanovunoğluMusa Qurbanlıvurub.

 

Yığmamız qrupda növbəti oyununu oktyabrın 26-da, saat 14:00-da Çexiyaya qarşı keçirəcək.

 

Qeyd edək ki, komandamızın qrupunda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada keçirilir.

 

Avropa çempionatı

Seçmə mərhələ

I tur, 8-ci qrup

 

23 oktyabr

Azərbaycan U-17 - Norveç U-17 1:4

Qollar:Musa Qurbanlı, 89 - Herman Gelmuyden, 18-pen. Robin Skroqstad, 19. Fredrix Oppeqard, 20. Nils Vallotto, 71.

Hakimlər:Admir Şehoviç, Sreten Udoviçiç (Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (Albaniya).

Luşnya. "Roza Haciu” stadionu.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300