ABŞ prezidentinin müşaviri Vladimir Putinlə regional münaqişələri müzakirə edəcək

 

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə regional münaqişələri və Suriya məsələsini müzakirə edəcək.

"Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

Onun sözlərinə görə, tərəflər həmçinin iki ölkənin münasibətlərini və strateji təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiyadan sonra ABŞ prezidentinin müşaviri Azərbaycan, Ermənistan və Gürcüstana da səfər edəcək. Amerikalı diplomatın Azərbaycana oktyabrın 24-də gəlməsi gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300