Seçki sorğusu kimi önə çıxarır?

 

Gürcüstanın "İnterpressnyus” informasiya agentliyi oktyabrın 28-nə təyin olunmuş prezident seçkisi ilə bağlı sorğu keçirib. Novator.az xəbər verir ki, 19 mindən çox seçicinin iştirak etdiyi sorğunun nəticələrinə görə, respondentlərin 32%-i müstəqil namizəd, sabiq xarici işlər naziri, deputat Salome Zurabişviliyə dəstək nümayiş etdirib.

Öz namizədini irəli sürməyən hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası seçkidə Salome Zurabişvilini dəstəkləyir.

İkinci yerdə bir çox müxalif partiyanın namizədi olan keçmiş xarici işlər naziri, Vahid Milli Hərəkat Partiyasının üzvü Qriqol Vaşadze gəlir. Respondentlərin 26%-i onu prezident görmək istədiyini deyib.

Gürcüstan parlamentinin sabiq sədri, Quruculuq Hərəkatı Partiyasının lideri David Usupaşvili 11%-lik göstərici ilə sorğuda üçüncü olub.

Seçkinin ilk turunda qalib gəlmək üçün prezidentliyə namizəd seçici səslərinin 50%-ni qazanmalıdır. Dövlət başçısı postuna 25 namizəd iddia edir.

Gürcüstanda prezidentin səlahiyyətləri məhduddur. Hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 115 mandat qazanıb. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300