Türkiyə prezidenti MHP ilə ittifaqın pozula biləcəyini söylədi: "Hər kəs öz yoluna baxsın”

 

Türkyiə prezidenti Rəcəp Tayyip Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasının fraksiyasının toplantısında danışıb.

Prezident MHP ilə ittifaqdan tutmuş, Qaçıqçı məsələsinə, şagirdlərin andına qədər bütün porblemlərə toxunub.

Ərdoğan Camal Qaşıqçı cinayətini vəhşilik adlandırıb və bu cür vəhşiliyin ört-basdır edilməsinin bütün insanlığın vicdanını yaralayacığını söyləyib. Türkiyə olaraq məsələnin sonuna qədər təqibçisi olacağını söyləyən prezident həm milli, həm də beynəlxalq hüququn tələbləri ilə hərəkət edəcəklərini bildirib.

"İnsanlığın vicdanı əmri verəndən icraçıya qədər hər kəsdən hesab sorulması halında rahatlıq tapacaqdır”,-Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan Milliyətçi Hərəkat Partiyası ilə amnistiya, pensiya yaşınının artırılması, məktəblilərin andı məsələlərində tam fikir ayrılıqlarında olduqlarını etiraf edib.

Türkiyə prezidenti hazırda Türkiyə cəza müəssisələrində 50 mindən çox narkotik satışına görə məhkum olan insanların olduğunu bildrərək onlara əfv düşmədiyini söyləyib.

Prezident pensiya yaşının az olması ilə bağlı dövlətin ağır yük altında olduğunu bildirərək bu vəziyyəti düzəltməyə çalışdıqlarını qeyd edib.

Ərdoğanın üzərində durduğu mövzulardan biri də Administrasiya məhkəməsinin "Məktəbli andı”nı yenidən orta məktəblərdə oxudulması ilə bağlı qərarı olub.

O, məhkəmənin vaxtilə Təhsil Nazirliyinin həmin andı qadağan edən qərarını ortadan qaldıraraq səlahiyyətini aşdığını bildirib.

"Bizə görə ən böyük və təsilrli and İstiqlal marşımızdır (himn). İstiqlal marşı xaricində heç bir andı tanımırıq, tanımayacağıq. Bu cür mübahisələr siyasətdən kənar simvolik mənası olan xüsuslardır. Mən türkəm, lakin türkçü deyiləm. İrqçilik bizim dinimzdə yasaqlanmışdır. Hər etnik ünsürün özü ilə fəxr etməyə haqqı vardır”, - Türkiyə prezidenti bildirib.

Türkiyə dövlət başçısı MHP başqanı Dövlət Bahçelinin Böyük Millət Məclisinin konstitusiya komissiyasının sədri, keçmiş ədliyyə naziri Bekir Bozdağla bağlı tənqidlərini qəbul etmədiklərini söyləyib və partiydaşının arxasında durduqlarını bəyan edib.

Rəcəp Tayyip Ərdoğan MHP ilə qurulan "Cümhur ittifaqı"nı vaxtilə millətin tələbi ilə qurduqlarını, lakin MHP-nin ayrı yol seçdiyini bildirib.

"Gördük ki, MHP fərqli bir seçimdədir. "Biz öz yolmuza" deyirlər. Biz də "hər kəs öz yoluna deyərik”, - Ərdoğan deyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300