Ərdoğan Qaşıqçı cinayətinin detallarını açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında çıxış edib.

 

Qaynarinfoxəbər verir ki, Türkiyə prezidenti nitqində İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətinin detallarını açıqlayıb:

 

"Camal Qaşıqçı 28 sentyabrda Səudiyyə Ərəbistanı İstanbul Konsulluğuna gedib. Bu barədə cinayəti planlaşdıran qrup xəbərdar edilib. 1 oktyabrda 3 nəfərlik qrup İstanbula gəlib. Konsulluqdan 3 nəfər Belqrad və Yalova meşələrini kəşfiyyat məqsədilə ziyarət edib. 2 oktyabrda digər 3 nəfər İstanbula gəlib, aralarında generalların da olduğu digər 9 nəfər isə başqa hotelə yerləşib.

 

15 nəfərlik bu komanda 2 oktyabrda səhər saatlarında konsulluqda görüşüblər. 13:08-də binaya daxil olan Qaşıqçı bir daha oranı tərk etməyib. Ona bənzədilən, Qaşıqçını təqlid edərək təhlükəsizlik kamerasına düşməyə çalışan şəxs isə Səudiyyəyə qayıdıb. Səudiyyə Ərəbistanı rəsmiləri 4 oktyabrda cinayəti inkar etdi. Biz heç kimi boş yerə günahlandırmamaq üçün istintaq prosesinin sonunu gözlədik. 19 oktyabrda, cinayətdən 17 gün sonra Səudiyyə Qaşıqçının öldürüldüyünü rəsmi olaraq təsdiq etdi. Həm baş konsul, həm Səudiyyə rəhbəriKral Salman, həm də ABŞ prezidentiDonald Tramplaməsələni müzakirə etmişik. Cinayətdə iştirakda ittiham olunan 15 nəfər və 3 konsulluq işçisi hazırda həbsdədir.

 

Bu günə qədər əldə etdiyimiz bütün sübutlar jurnalistin konsulluq binasında vəhşi cinayətin qurbanı olduğunu göstərir. Belə bir faktın gizlədilməsi insanın vicdanını yaralayar. Səudiyyə Ərəbistanından cinayətdə iştirak edən hər kəslə bağlı tədbir görmələrini gözləyirik. Cinayətin planlı şəkildə törədilməsi barədə əlimizdə sübutlar var. 15 nəfər niyə İstanbulda toplaşdı? Camal Qaşıqçının cəsədi hələ də niyə ortalıqda deyil? Cinayət göz önündə olduğu halda niyə əsassız açıqlamalar verilib? Konsulluq binası Səudiyyə torpağı hesab edilsə də, hadisə İstanbulda baş verib. Cinayətdə iştirak edən şəxslərin məhkəmə prosesi İstanbulda keçirilməlidir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300