Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

 

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a faktı təsdiq edib: "Neftçilər" stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda problem yaranıb. Həmin qatar, təxminən, 5 dəqiqə yubanıb. Nəticədə "28 May" stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb".

Metropoliten sözçüsü həmin marşrut üzrə hərəkət edən digər qatarın "Nizami" stansiyasında bir neçə dəqiqə yubanmasına da aydınlıq gətirib: "Qaydalara görə, əgər qatar stansiyaya tez çatarsa dispetçerin göstərişi ilə o bir neçə dəqiqə gözlədilə bilər. Bu, tuneldə digər qatarların hərəkəti üçündür".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300