Kəmaləddin Heydərova məxsus bəzi otellərin adı dəyişdirildi (FOTO)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus "Qafqaz” otellər şəbəkəsinə daxil olan otellərdən biri fəaliyyətini dayandırdı, bəzilərinin isə adı dəyişdirildi.

 

Uluyol.az unikal.org-a istinadən xəbər verir ki, dünəndən etibarən "Qafqaz” otellər şəbəkəsinə daxil olan və Lənkəran rayonunda fəaliyyət göstərən "Qafqaz Sahil Hotel” oktyabr ayının 20-dən fəaliyyətini rəsmən dayandırıb.

 

Şirkətdən Unikal.org-a verilən məlumata görə, şəbəkəyə məxsus bəzi otellərin adı isə dəyişdirilərək ”Kaspıa” olub.

 

Misal üçün Qəbələdə yerləşən "Qafqaz Yeddi Gozel Hotel"in adı dəyişdirilərək "Kaspıa Yeddi Gozel Hotel Gabala", Lənkəranda yerləşən "Qafqaz Sahil Hotel”in adı dəyişdirilərək "Kaspıa Sahil Hotel Lankaran" adı verilib.

 

Qeyd edək ki, "Gilan Holdinq”ə daxil olan "Qafqaz” otellər şəbəkəsinə 13 otel daxil olub və bu mülklərin sahibi isə Fövqəlada Hallar Naziri Kəmaləddin Heydərov olduğu deyilir.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300