Həkim səhlənkarlığı daha bir xəstənin ölümünə səbəb oldu -Respublika Klinik Xəstəxanasında

 

Bakı şəhər sakini Nazilə Əhmədova həkim laqeydliyi səbəbindən Mərkəzi Klinik Xəstəxanasında dünyasını dəyişib.

Uluyol.az xəbər verir ki, bu barədə mərhumun qızı Nərmin Əhmədova məlumat verib.

"Dünən gecə saat 2-nin yarısında anamın vəziyyəti anidən pisləşdi və təcili yardım çağırdıq. Təcili Tibbi Yardım pul aldıqdan sonra anamı Respublika Klinik Xəstəxanasına gətirdi. Qeydiyyat üçün 10 manat verdik. Sonra onu reanimasiya şöbəsinə yerləşdirdilər. Rasim adlı həkim xəstəyə baxdıqdan sonra vəziyyətinin ağır olduğunu, gecə növbəsi olduğundan xəstəyə baxmağın çətin olduğunu dedi. Biz də hər cür "hörmət” edəcəyimizi, təki anama yaxşı baxılmasını, hətta lazımdırsa, başqa bir xəstəxanaya köçürülməsini istədik. "Narahat olmayın” deyib, getdi” deyə Nərmin Əhmədova bildirib.

Onun sözlərinə gərə, gecə saat 05.00 radələrinə qədər xəstə haqda heç bir məlumat verilməyib, nə kompüter tomoqrafiya, nə də exo kordioqrama edilməyib:

"Təkcə qan analizi götürüblər. Onu da pul aldıqdan sonra ediblər. Səhər saat 5-də məlumat verdilər ki, vəziyyəti yaxşıdır, təzyiqi də normaya düşüb. Səhərə qədər orada gözlədik. Amma əlavə heç bir məlumat vermədilər. Davamlı olaraq mühafizəyə pul, ora pul, bura pul… Bu şəkildə xəbər gözləyirdik. Saat 1-in yarısında qohumlarımızdan biri yanına girəndə görüb ki, qadının bədəni gömgöydür. Onda dedilər ki, xəstə indicə keçindi və heç nə edə bilmədik”.


Nərmin Əhmədova bildirib ki, Səhiyyə Nazirliyinə və xəstəxana rəhbərliyinə müraciət etsələr də, laqeydliklə üzləşiblər:

"Səhiyyə Nazirliyinə müraciət etdik, xəstəxananın baş həkimi Telman İbadovun, müavininin yanına getdik, amma çox laqeyd şəkildə münasibət göstərdilər. Xəstə ölüb, amma bunların veclərinə deyil. Reanimasiyada 15-20 nəfər ağır xəstə də var. Onlar da baxımsız vəziyyətdədirlər. Anamın meyiti də eləcə, reanimasiya bölməsində, ortalıqda qalıb, baxan yoxdur. Heç bir müdaxilə olmadığı üçün xəstə 8-10 saat ərzində vəfat etdi”./qaynarinfo.az/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300