Gürcüstan prezidentliyinə iki iddiaçı namizədliyini geri götürüb

 

Gürcüstanda prezidentliyə namizədliyi qeydə alınmış iki siyasətçi namizədliyini geri götürüb.

"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, həmin namizədlər "Ənənəviçilər birliyi”ndən Akaki Asatiani və "Xristian-demokratlar hərəkatı”ndan Vaxtanq Qabuniyadır.

Onlar namizədliklərini "Azad Gürcüstan” partiyasının prezidentliyə namizədi Kaxa Kukavanın xeyrinə geri götürüblər.

A.Asatiani və V.Qabuniya tərəfdarları və seçicilərini K.Kukavanı dəstəkləməyə çağırıblar.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Yerli qanunvericiliyə görə, namizədliyin geri götürülməsi müddəti oktyabrın 16-da başa çatıb. Seçki bülletenlərində namizədlikləri qeydə alınmış 25 namizədin hamısının adı qeyd olunacaq.

Bundan əvvəl Gürcüstanda 200-dən çox seçki məntəqəsi üçün seçki bülletenlərinin Azərbaycan dilində çap olunacağı məlumat verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300